Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2023 14:50
  • A-
  • A
  • A+

“Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda seminar keçirilib

“Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda seminar keçirilib

Dendrologiya İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycan gəncliyinin təməlidir” mövzusunda seminar təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş nitqi ilə açan Dendrologiya İnstitutunun baş direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan, Ümummilli Liderin mənalı ömrünün əsas qayəsinin Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılmasına istiqamətlənməsindən bəhs edərək, Prezident İlham Əliyevin ötən illər ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir tarixi epoxasını yaratmağa nail olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul edib, diplomatik sahədə uğurlu addımlar atıb, ordu quruculuğuna xüsusi diqqət göstərib. Məhz görkəmli dövlət xadimi üçün önəmli olan bu məsələ Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsində öz həllini tapdı”.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva Mərkəzləşdirilmiş eksperimental laboratoriyasının müdiri, b.ü.f.d. Afiq Qazıyev, Landşaft memarlığı laboratoriyasının müdiri, b.ü.f.d. Şəlalə Gülməmmədova və böyük elmi işçi Elnarə Salahova çıxış ediblər. Elm və təhsilin inkişafında Ulu Öndərin misilsiz xidmətlərindən söz açan əməkdaşlar Ümummilli Liderin dövlət-elm-istehsalat zəncirinin əsasını qoyduğunu, bununla da ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişafın baş verdiyini, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: