Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.01.2023 12:21
  • A-
  • A
  • A+

Tanınmış kimyaçı alim Hafiz Əlimərdanlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tanınmış kimyaçı alim Hafiz Əlimərdanlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda istedadlı şair, tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir institutun baş direktoru, akademik Vaqif Abbasovun rəhbərliyi, Azərbaycan Respublikasının ilk insan hüquqları üzrə müvəkkili, professor, ictimai xadim Elmira Süleymanovanın, yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı Əli bəy Azərinin, müəssisənin laboratoriya müdirləri və əməkdaşlarının iştirakı ilə baş tutub.

Tədbirdə akademik Vaqif Abbasov görkəmli alim haqqında çıxış edib, H.Əlimərdanlının kimya elminə verdiyi dəyərli töhfələrdən, eyni zamanda yaradıcılıq fəaliyyətinin uğurlarından, yazdığı əsərlərin əhəmiyyətindən danışıb.

Sonra E.Süleymanova alimin keşməkeşli və uğurlarla zəngin həyat yolu, qazandığı nailiyyətlər barədə çıxış edib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin alimin 75 illiyinə həsr olunmuş rəsmi məktubu tanınmış yazıçı-publisist Əli bəy Azəri tərəfindən H.Əlimərdanlıya təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: