Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qaranlıqda insan sifətinin tanınması üçün qurğu ixtira edilib
04.08.2015 09:46
  • A-
  • A
  • A+

Qaranlıqda insan sifətinin tanınması üçün qurğu ixtira edilib

Almaniyanın Karlsruye Texnologiya İnstitutunun alimləri Saquib Sarfraz və Rainer Stiefelhagen tam qaranlıq şəraitdə insan sifətini tanımaq bacarığına malik yeni qurğu ixtira ediblər. Sözügedən qurğu insanın üz cizgilərini infra-qırmızı spektrdə təsvir edərək, onları adi şəkillərlə müqayisə edir. Şəkillərin unikal emal sistemi sayəsində bu texnologiya sifətləri yalnız pis işıqlandırma şəraitində deyil, həmçinin tam qaranlıqda da identifikasiya etmə bacarığına malikdir. Qurğunun yaradıcıları ondan kommersiya məqsədiylə istifadə etmək niyyətində deyillər. Onların sozlərinə görə, layihə hazırlanarkən yalnız elmi hədəflər prioritet götürülüb.

Gələcəkdə insan sifətinin qaranlıqda identifikasiyası qurğusu cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi üçün polis orqanları tərəfindən istifadə oluna bilər.

www.scientificrussia.ru

  • Paylaş: