Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.01.2023 11:48
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Tarix Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

İtaliyanın paytaxtı Roma şəhərində “Terrorizm və siyasi şiddət” mövzusunda I beynəlxalq konfrans keçirilib.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadov “Pəhləvilər dövründə İranda insan haqları uğrunda mübarizə: Tağı Ərani nümunəsi” adlı məruzə ilə onlayn çıxış edib.

Məruzədə qeyd edilib ki, təbrizli marksist filosof, pedaqoq və jurnalist T.Ərani şah rejiminə qarşı mübarizə aparıb, insan haqlarını, sosial-demokrat dövlət quruculuğunu müdafiə edib və nəşr etdirdiyi “Dünya” jurnalı vasitəsilə İran və Azərbaycan əhalisinin maariflənməsinə böyük töhfə verib. T.Ərani öldürülsə də onun ideyaları İran və Azərbaycanın monarxiya əleyhinə demokratik mübarizəsinə ilham mənbəyi olub.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: