Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2023 14:09
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun 2023-cü il üçün İş planı təsdiqlənib

Dilçilik İnstitutunun 2023-cü il üçün İş planı təsdiqlənib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclası giriş sözü ilə açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva illik İş planını və Elmi tədqiqat işlərinin fərdi planlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra 2023-cü il üçün İş planı və fərdi planlar təsdiqlənib.

Tədbirdə bildirilib ki, yeni yaradılmış Toponimika şöbəsində  “Qərbi Azərbaycan və Şərqi Zəngəzur  toponimləri”nin  tədqiqi  istiqamətində elmi araşdırmalar aparılacaq.

Sonda cari məsələlər diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: