Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib
27.09.2024 20:35
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlamətinin bariz nümunəsidir. Akademik qeyd edib ki, Anım Günü ölkəmizin ən şərəfli günüdür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Vətən müharibəsində milli şərəfimizi ucaltdı, ləyaqətimizi qorudu və torpaqlarımızı 30 illik erməni işğalından azad etdi. 30 illik işğala 44 gün ərzində son qoyuldu. Bütün dünya “Dəmir yumruğ”un gücünü gördü, inkişaf etmiş ölkələrdə Azərbaycanın hərbi meydanda göstərdiyi məharət örnək oldu, öyrənildi, heyranlıq yaratdı. Həmin gün suverenliyimizin bərpasının başlanğıcı oldu. 2023-cü il 19-20 sentyabr tarixlərində bir günlük antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. Akademik qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi həmişə ehtiramla yad ediləcək.

Tədbirdə çıxış edən institut əməkdaşları qeyd ediblər ki,  ölkəmiz bu tarixi Zəfəri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu uzaqgörən siyasəti, hərb strategiyası, müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, döyüş  meydanında göstərdikləri qəhrəmanlıqları sayəsində əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: