Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ alimləri qaraciyər toxumasını inkişaf etdirən cihaz hazırlayıblar
21.10.2024 11:26
  • A-
  • A
  • A+

ABŞ alimləri qaraciyər toxumasını inkişaf etdirən cihaz hazırlayıblar

Amerikalı alimlər çəkisizlik şəraitində kök hüceyrələrin artmasını dəstəkləyən və qaraciyər toxumasının, habelə bədənin digər orqanlarının böyüməsini stimullaşdıran tam avtomatlaşdırılmış bioreaktor hazırlayıblar.

Alimlər bu məqsədlə qurğuda insan qan damarlarının analoqları dəstini yaradıblar, həmçinin orqan toxumasının böyüməsi üçün əlverişli olan qida mühitini qoruyan bir sıra alqoritmlər kəşf ediblər.

Dörd bioreaktordan ibarət komplekt 2025-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək. Orada bu cihazların içərisində qanı toksinlərdən təmizləməyə və digər fizioloji funksiyaları yerinə yetirməyə qadir olan qaraciyərin miniatür versiyaları yetişdiriləcək. Əgər bu təcrübə uğurla başa çatarsa, o zaman elm adamları yetişdirilmiş qaraciyərin sonradan xəstələrin orqanizminə implantasiyası üçün Yerə çatdırılmasına imkan verən sistemlər, o cümlədən ixtisaslaşmış soyuducular hazırlamağa başlayacaqlar.

nauka.tass.ru

  • Paylaş: