Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ alimləri havadan karbon qazını təmizləyə bilən yeni material hazırlayıbar
05.11.2024 10:26
  • A-
  • A
  • A+

ABŞ alimləri havadan karbon qazını təmizləyə bilən yeni material hazırlayıbar

ABŞ-ın Berkli Kaliforniya Universitetinin kimyaçı alimləri karbon qazını havadan effektiv şəkildə təmizləyə bilən yeni material - COF-999 tozu hazırlayıbar.

Tədqiqat müəllifləri bildiriblər ki, 200 qram məsaməli material ildə orta hesabla yetkin bir ağac qədər karbon qazı udur.

COF-999 məsaməli bir quruluşdur, daxili divarları xüsusi kimyəvi birləşmələrlə - aminlərlə örtülmüşdür. Bu birləşmələr süngər kimi hərəkət edərək ətrafdakı havadan karbon qazı molekullarını tutur. Otaq temperaturunda və normal rütubətdə material iki saat ərzində karbon qazını təmizləyir və bunun üçün tozu 60 dərəcə Selsi-yə qədər qızdırmaq kifayətdir.

Alimlər qeyd edib ki, bu kəşf qlobal istiləşmə ilə mübarizəyə kömək edəcək. Cari karbon tutma texnologiyaları yalnız elektrik stansiyalarından çıxan tüstü qazları kimi konsentrasiya edilmiş emissiya mənbələri ilə effektiv işləyir. Yeni material CO₂ konsentrasiyasının yüzlərlə dəfə aşağı olduğu adi atmosfer havasını da təmizləməyə qadirdir. COF-999 digər analoqları ilə müqayisədə karbonu havadan 10 dəfə daha sürətli udur.

hightech.fm

  • Paylaş: