Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Radiasiyanın zərərini azaltmağın mümkün yolu tapılıb
31.10.2024 14:25
  • A-
  • A
  • A+

Radiasiyanın zərərini azaltmağın mümkün yolu tapılıb

“Future Integrative Medicine” jurnalında dərc edilən araşdırmaya görə, “Lico B” proteini radiasiyanın sağlam toxumalara zərərini azalda bilər.

Radiasiya terapiyası xərçəng xəstəliyi hüceyrələrini məhv etməkdə effektiv olsa da, radiasiyanın yan təsirləri sağlam toxumalara ziyan vurur və ölüm riskini artırır.

Alimlər yeni bir araşdırmada hüceyrələri radiasiyadan qorumaq üçün “Lico B” zülalını sınaqdan keçiriblər. Onlar 10 Gy dozada rentgen şüalanmasından iki saat əvvəl müalicə olunublar. Həmçinin, rentgen və ya qamma şüaları ilə şüalanmadan bir gün əvvəl “Lico B” ilə dərman siçanlara tətbiq edilib.

Hər iki sınaqda hüceyrələrdə və toxumalarda antioksidantların səviyyəsi əhəmiyyətli dərəcədə artıb, DNT zədələnməsi azalıb və iltihab yüngülləşib. Eyni zamanda, siçanların sağ qalma müddəti artıb.

Daha ətraflı tədqiqatlardan sonra “Lico B” nüvə fəlakətləri, radiasiya terapiyası və kosmik uçuşlar zamanı radiasiyadan qorunma vasitəsi ola bilər.

gazeta.ru

  • Paylaş: