Hüseyn Cavidin Ev Muzeyində 27 sentyabr – Anım günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq bildirib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə igid oğullarımız qəhrəmancasına döyüşərək şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırıb: “Bu gün ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik, ruhları önündə baş əyirik”.
Daha sonra tədbiri muzeyin əməkdaşı Nuranə Nərimanova davam etdirib.
Tədbirin sonunda Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və foto materiallardan ibarət sərgi təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.