Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.01.2023 14:32
  • A-
  • A
  • A+

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Yanvarın 26-da Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm tədbiri giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Səbahəddin Alışov “UAGS+Andor sistemində müşahidə prosesinin aparılması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda zəif səma cisimlərinin spektral müşahidəsinin aparılması üçün teleskopun Kasseqren fokusunda quraşdırılmış UAGS + obyektiv Canon EF (f=200 mm, f/2) + işıqqəbuledici Andor (ikonL-936-BEX2-DD 2048x2048, px=13,5 mkm) spektroqrafı haqqında ümumi məlumat verib. UAGS+Andor sistemində müşahidəyə hazırlıq, obyektlərin xəritələrinin hazırlanması və standart ulduzların seçilmə qaydası haqqında nəzəri məlumatlarla yanaşı, bütün bu proseslərin gedişatı adıçəkilən sistemin proqram təminatı üzərindən əyani olaraq da seminar iştrakçılarına göstərilib.

Maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: