Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.01.2023 14:46
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşüb

Akademik Şahin Mustafayev Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşüb

Yanvarın 25-də Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşüb.

Görüş zamanı tərəflər türk dünyasının elm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bildirilib ki, Beynəlxalq Türk Akademiyasının bu ilin martında Bişkekdə keçiriləcək növbəti iclasının gündəliyi işlənib hazırlanıb.

Ş.Mustafayev qardaş ölkələrin elmi təşkilatları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, Türk Dünyası Milli Elmlər Akademiyaları İttifaqının böyük potensialını qeyd edib. O, həmçinin humanitar sahədə birgə layihələrdə Qazaxıstan alimlərinin fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Sayasat Nurbek Beynəlxalq Türk Akademiyasının təşəbbüslərini dəstəklədiyini ifadə edib və quruma işlərində uğurlar arzulayıb.

Görüşün sonunda Akademiyanın rəhbəri təşkilatın türkologiya üzrə nəşr etdirdiyi əsərləri Sayasat Nurbekə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: