Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində dünya şöhrətli görkəmli türkoloq alim, professor Əhməd Bican Ərcilasun ilə görüşüb.
Tehrandakı Azərbaycan Səfirliyinə silahlı hücumu şiddətlə qınayan professor Əhməd Bican Ərcilasun bu basqını dəhşətli terror hadisəsi adlandırıb, xalqımızla həmrəy olduğunu ifadə edib.
Görüşdə türkologiya elminin qarşısında duran vəzifələrdən bəhs edilib, bu istiqamətdə indiyədək Azərbaycanda və Türkiyədə aparılmış tədqiqatlardan və birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətindən söz açılıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli professor Əhməd Bican Ərcilasunu anadan olmasının 80 illiyi münasibətilə təbrik edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.