Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.01.2023 09:42
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının alimləri ilə görüş keçirilib

Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının alimləri ilə görüş keçirilib

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının alimləri ilə görüş keçirilib.

Görüşdə baş direktor Ulduz Həşimova institutda aparılan tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivlərindən danışıb.

Daha sonra rusiyalı professor Yuri Şelepinin “Görmə. Qavrayış” mövzusunda məruzəsi dinlənilib. Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, İ.P.Pavlov adına Fiziologiya İnstitutu (Rusiya, Sankt-Peterburq) ilə “Neyrodegenerativ xəstəliklərin inkişafına psixofizioloji nəzarət və proqnozlaşdırılma modelinin işlənməsi” mövzusunda 2021-ci ildən müqavilə bağlanıb. Müqavilə çərçivəsində İ.P.Pavlov adına Fiziologiya İnstitutunun əməkdaşları birgə tədqiqatların aparılması və neyrotexnologiya, görmənin fiziologiyası və sensor fiziologiya sahəsində yeni diaqnostik metodikalar haqqında mühazirələr oxumaq məqsədilə instituta ezam olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: