AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ABŞ-ın Oreqona ştatında elmi ezamiyyətdə olub.
Səfər çərçivəsində Səbinə Kazımova “Qafqaz kəsilişi” layihəsi çərçivəsində ABŞ-ın Oreqona Universitetinin professoru Con Nabelekin rəhbərliyi altında “Zəlzələ ocaqlarının seysmik moment tenzorun yeni texnikasının öyrənilməsi” kursunu bitirib.
Qeyd edək ki, yeni üsulun tətbiqi nəticəsində əldə olunmuş qiymətlər əsasında moment tenzorun komponentlərinə əlavə olaraq, zəlzələ ocağının dərinliyini, seysmik moment və momentin maqnitudasını müəyyən etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.