Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Balıq yağı şizofreniyanın qarşısını ala bilər
12.08.2015 14:13
  • A-
  • A
  • A+

Balıq yağı şizofreniyanın qarşısını ala bilər

Avstraliyalı alimlərin araşdırmalarına görə, balıq yağı istifadə edənlərin şizofreniya xəstəliyinə tutulma riski daha azdır.

Melbourne Universitetinin elm adamlarının araşdırmaları nəticəsində 3 ay müddətində tərkibində omeqa-3 olan balıq yağı istifadə edənlərdə şizofreniya əlamətlərinin daha az olduğu məlum olub. Alimlər 13-25 yaşlarında olan və şizofreniyanın ilk əlamətlərinə rast gəlinən pasiyentlərə 3 ay müddətində balıq yağı həbləri veriblər. Digər pasiyentlər isə tərkibində faktor maddə olmayan həblər (plasebo) istifadə ediblər. Bir il sonra balıq yağı istifadə edənlərin 10 faizinə, plasebo qəbul edənlərin isə 40 faizinə şizofreniya diaqnozu qoyulub.

Lakin alimlər araşdırmaların miqyasının kiçik olduğunu və bu nəticələrin başqa araşdırmalarla öz təsdiqini tapmasının vacibliyini bildiriblər.

www.abc.net.au

  • Paylaş: