Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2023 16:58
  • A-
  • A
  • A+

Məktəbəqədər uşaqlar Coğrafiya İnstitutunda olublar

Məktəbəqədər uşaqlar Coğrafiya İnstitutunda olublar

132-134 nömrəli təhsil kompleksinin “Ana Məktəb Ekole Maternelle” uşaq bağçasının uşaq, müəllim və valideyn kollektivi Coğrafiya İnstitutunda qonaq olublar.

İnstitut Həmkarlar Təşkilatı və bağçanın birgə təşəbbüsü ilə baş tutan tədbir məktəbəqədər uşaqlarda coğrafiyaya maraq oyatmaq, elmlə məşğul olan insanlarla  tanışlıq məqsədi daşıyıb.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən Milli Elmlər Akademiyasının foyesində qarşılanan balacalar institutun dəhlizlərində sərgilənən stendlərlə tanış olublar. Elmi katib c.ü.f.d. Zərnurə Həmidova və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova uşaqlara onların anlayacağı dildə institutda aparılan işlər və alimlər haqqında məlumat veriblər. Sonra tədbir akt zalında davam edib. Balacalar 3D animasiyalı gecə-gündüzün yaranması, fəsillərin dəyişməsi və “Yer” planeti haqqında hazırlanmış video çarxa tamaşa ediblər.

HİK sədri, c.ü.f.d. Habil Haqverdiyev və Qadınlar şurasının sədri Luiza Salayeva balacalara “Coğrafiya nədir və elm insana nə verir?” mövzusu ətrafında söhbət aparıb. H.Haqverdiyev məktəbin nümayəndəsi Rəna Ağabalayevaya bağçanın kitabxanası üçün kitablar təqdim edib. Sonuncu öz tərəfindən belə isti qəbula görə kollektivi adından institut rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: