Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2023 17:45
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı beynəlxalq konfransda iştirak edib

Rəsədxana əməkdaşı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Azərbaycan Mühəndislik Akademiyasının birgə təşkilatçılığı ilə “Fevral məruzələri 2023: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” VIII beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.

Hibrid formatda təşkil olunan konfransda həm yerli, həm də Türkiyə, Belarusiya, Rusiya, Almaniya və Qazaxstandan olan xarici mütəxəssislər iştirak edib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aynur Abdulkərimova konfransda Avropa Birliyinin HORIZON 2020 POEMS layihəsi çərçivəsində Çex Respublikasından olan mütəxəssislərlə birgə tədqiqat mövzu üzrə “Открытие новой [WR] звезды” (Yeni [WR] ulduzunun aşkarlanması) adlı məruzə ilə çıxış edib.

Təqdim olunan işdə J040901 ulduzunun spektral tipinin müəyyən olunması istiqamətində ulduza qədər məsafə təyin olunub, “Geneva evolutionary tracks” məlumat bazası vasitəsilə ulduzun Hersşprunq-Ressel diaqramında, klassik Volf-Raye ulduzları arasında və qalaktika müstəvisindən mövqeyi müəyyən olunub. Nəticə olaraq, ulduzunun klassik WR ulduzu deyil, planetar dumanlığın [WR] mərkəzi ulduzu olması alınıb.

Çıxışın yekununda konfrans iştirakçılarına HORIZON 2020 POEMS haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: