Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2023 16:05
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Öncə qardaş Türkiyə Respublikasında baş verəın təbii fəlakət zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə hazırlıq tədbirləri ilə bağlı görüləcək işlər barədə məsləhət və tövsiyələrini bildirib.

Sonra dosent Səfər Aşurovun təqdimatında 2022-ci il “Arxeologiya”, ”Etnoqrafiya” və ”Etnologiya” ixtisaslarına elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olmuş doktorant və dissertantların fərdi planları dinlənilib və müzakirə edilib.

Elmi şura tərəfindən t.e.d. Güllü Yoloğlunun müəllifi olduğu “Türk xalqlarının mərasimləri” adlı yeni monoqrafiyasının çapa təqdim edilməsi yekdilliklə qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: