Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rəqəmsal qələm beyin xəstəliklərinə erkən mərhələlərdə diaqnoz qoymağa imkan verəcək
19.08.2015 11:19
  • A-
  • A
  • A+

Rəqəmsal qələm beyin xəstəliklərinə erkən mərhələlərdə diaqnoz qoymağa imkan verəcək

Milyonlarla insan beyin və mərkəzi sinir sisteminin Alsqeymer və ya Parkinson kimi müxtəlif xəstəliklərindən əziyyət çəkir. Bəzi alimlər bu xəstəlikləri müalicə edən dərmanın tapılması üçün çalışdığı halda, digərləri pasiyentlərdə bu xəstəliklərin sindromlarının mümkün qədər erkən diaqnoz edilməsi üçün metodlar axtarırlar.

Bu kimi üsullardan biri Massaçusets Texnologiya İnstitutunun İnformatika və Süni intellekt laboratoriyasının əməkdaşları tərəfindən təklif olunub. Onlar şəxsdə sinir sisteminin bu və ya digər xəstəliyinin sindromlarının mövcud olub-olmadığını cəld və yüksək dəqiqliklə müəyyən edən xüsusi rəqəmsal qələm hazırlayıblar.

Qələm kimi bazarda mövcud olan “Anoto Live Pen”dən istifadə edilib. Bu metod pasiyentlərin testlərin köməyilə yoxlanılmasının təkmilləşdirilmiş və qismən avtomatlaşdırılmış üsuludur.

“Anoto Live Pen”ə yazan qələm ucluğu və kağızın vəziyyətini 80 kadr/san tezliklə izləyən xüsusi videokamera quraşdırılıb. Qələm üçün xüsusi olaraq hazırlanmış proqram təminatı insanın beyin və mərkəzi sinir sisteminin ciddi xəstəliklərinin erkən sindromlarının ən kiçik əlamətlərini belə izləməyə imkan verir.

Əlbəttə ki, son diaqnoz peşəkar həkimlər tərəfindən qoyulur. Bununla yanaşı, mütəxəssislər pasiyentlərin yoxlanılmasının bu üsulunun yüksək effektivliyi və dəqiqliyini də vurğulayıblar.

Yaxın gələcəkdə tibbi mərkəzlərdə və xəstəxanalarda fəaliyyət göstərən nevroloqlar tərəfindən istifadə olunacaq bu qələm sayəsində pasiyentlərə lazımi yardım daha tez göstəriləcək və xəstəliyin gedişatı əhəmiyyətli dərəcədə yüngülləşəcək.

www.hi-news.ru

  • Paylaş: