Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnalının yeni sayları nəşr olunub
14.02.2023 09:08
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnalının yeni sayları nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayı çapdan çıxıb.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin baş redaktorluğu ilə nəşr olunan, “Ədəbiyyatşünaslıq”, “Dilçilik”, “Mətnşünaslıq”, “Tarixşünaslıq”, “Folklorşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikalarının yer aldığı “Əlyazmalar yanmır” elmi məqalələr toplusunda bölmələr üzrə “Nizami Gəncəvi poeziyasında təbiət təsvirlərinin ictimai-poetik tutumu”, “Dilçilikdə diskurs və diskursiv təhlil anlayışı”, ““Müxtəsər əl-Qüduri”nin dünya kitabxanalarındakı əlyazma nüsxələri”, “Research of Farhad Mirza Qajar's “Safarname” work”, “Folklore text as an object of linguistic research”, “Xurşidbanu Natəvanın şeirləri cünglərdə” və s. mövzularda məqalələr dərc olunub.

Filologiya üzrə elmlər doktoru, dosent Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan “Elmi əsərlər” jurnalının yeni sayında isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, tarix, kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq sahəsində “Nizami Gəncəvi sənətində doğma mühit və təbiət”, “Dağlar oğlu Dədə Şəmşir”, “Qarabağ mövzusu Qacarlar tarixində”, “Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təhlili”, “Müasir cəmiyyətdə kitabxana-informasiya fəaliyyətinin menecmenti” və s. məqalələri müvafiq olaraq həm rus, həm də ingilis dilinə tərcümə edilmiş xülasələri ilə birgə yer alıb.

Qeyd edək ki, 2015-ci ildən nəşr olunan hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

Oxucu və tədqiqatçılar jurnalların elektron variantları ilə buradan tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: