Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.02.2023 14:55
  • A-
  • A
  • A+

Tarix Muzeyində XIX əsrə aid ipəkdən hazırlanmış corab bərpa olunub

Tarix Muzeyində XIX əsrə aid ipəkdən hazırlanmış corab bərpa olunub

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin milli geyim kolleksiyasından olan, ayaq geyim nümunələrinin içərisində mühüm yer tutan XIX əsrə aid corabı təqdim edirik.

İpəkdən hazırlanmış, həm xanımların, həm də kişilərin istifadə etdiyi bu corabların xüsusi naxışlanmasına, rəngarəng iplərlə toxunmasına böyük önəm verilib. Digər geyim nümunələri kimi corablar da hər zaman yüksək bədii tərtibat, səbr və incə zövqlə toxunub.

Bərpa laboratoriyasının bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən muzeyin Etnoqrafiya fondunda qorunan bu dəyərli eksponat üzərində bərpa və konservasiya işləri aparılıb. Corabın bənövşəyi rəngli boğaz hissəsi yenidən toxunub və çoxsaylı qaçmış ilmələr konservasiya olunaraq, eksponata ikinci həyat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: