Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən elmi müəssisə və təşkilatların nümayəndələri, gənc alimləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Elmi ictimaiyyətin nümayəndələri abidənin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.