Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2023 18:28
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda müxtəlif universitetlərin tələbələrinin istehsalat təcrübəsi başlayıb

Ədəbiyyat İnstitutunda müxtəlif universitetlərin tələbələrinin istehsalat təcrübəsi başlayıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə tanışlıq iclası keçirilib.

İclasda Ədəbiyyat İnstitutunun icraçı direktoru, f.ü.f.d, dosent Mehman Həsənli, institutun Təhsil şöbəsinin müdiri Samir Səttarov, Erazmus + layihəsinin koordinatoru f.ü.f.d, dosent Şəhla Qurbanova, institutun qonağı Byalıstok Universitetinin Erazmus + koordinatoru Dr. Viktor Qardotski və Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universitetlərinin  IV kurs tələbələri iştirak ediblər.

Görüş zamanı institutun təhsil şöbəsinin müdiri Samir Səttarov tələbələrə onlara Ədəbiyyat İnstitutunun magistraturası və magistratura təhsilinin perspektivləri haqqında məlumat verib.

Daha sonra Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli institutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər haqqında ətraflı məruzə edərək onları bu istehsalat təcrübəsində aktiv iştirak etməyə çağırıb.

İclasın sonunda Təhsil şöbəsinin müdiri Samir Səttarov tələbələri şöbələrə bölüb onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 16 fevral - 25 may tarixlərində Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universitetlərinin  IV kurs tələbələri elmi-tədqiqat və istehsalat təcrübəsi keçəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: