Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2023 16:20
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Seysmoloji Xidmət Mərkəzində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tədbir keçirilib.

“Zoom” platforması üzərindən keçirilən tədbirdə mərkəzin respublikanın ayrı-ayrı rayonlarında yerləşən seysmik stansiyalarının əməkdaşları da iştirak ediblər. Mülki müdafiə tədbirlərinin keçirilməsinin hər bir ölkə, hər bir qurum üçün vacib olduğunu qeyd edən Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxışı zamanı bu ilin fevral ayının 6-da qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ haqqında da danışıb. Heç bir ölkənin təbii fəlakətlərdən sığortalanmadığını bildirən Qurban Yetirmişli son illər ölkəmizdə mülki müdafiə sahəsində tədbirlərin gücləndirilməsinin böyük əhəmiyyəti olduğunu deyib.

Daha sonra RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, mərkəzin Mülki Müdafiə qərargahının hərbiləşdirilməmiş dəstə komandiri Telman Cəfərov Mülki Müdafiə Gününün yaranma tarixi, Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında danışıb.

Tədbir Mülki Müdafiə təlimlərinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: