Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2023 14:22
  • A-
  • A
  • A+

1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin informasiya texnologiyalarında rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun 2023-cü il üçün təsdiq edilmiş Tədbirlər Planı üzrə keçirilmiş tədbirdə RPİ-nin baş mühəndisi Xəyyam Səfixanov çıxış edərək mövzu üzrə məlumat verib.

Daha sonra institutun Mülk Müdafiə Qərargahının rəisi Taleh Məmmədov 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününün tarixi və Azərbaycanda bu sahədə görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıb.

Tədbirin sonunda institutun foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: