Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də “Hamlet İsaxanlı – 75” adlı sərgi təşkil edilib
02.03.2023 15:35
  • A-
  • A
  • A+

MEK-də “Hamlet İsaxanlı – 75” adlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) fizika-riyaziyyat elmləri doktoru, professor, ictimai xadim, şair, yazıçı, publisist, tərcüməçi, Xəzər Universitetinin və Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlının 75 illik yubileyi münasibətilə kitab sərgisi təşkil edilib.

Sərgidə çox geniş yaradıcı fəaliyyətilə məşğul olan H.İsaxanlının “Poetik tərcümələr”, “Bu da bir həyatdı”, “Elm və sənət məclisi”, “Azərbaycan sevgi poeziyası”, “Müasir dünyada ali təhsil sistemində nələr baş verir?”, “The Azerbaijan language” kimi dərslik, monoqrafiya və poetik əsərləri, tərcümələri, həyat və fəaliyyətindən bəhs edən “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabı nümayiş etdirilir.

Qeyd edək ki, sərgi 15 gün ərzində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: