Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2023 15:47
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda Elm gününə həsr olunmuş elmi seminar keçirilib

Zoologiya İnstitutunda Elm gününə həsr olunmuş elmi seminar keçirilib

AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş elmi seminar keçirilib.

Tədbirdə sözügedən institutun alim və mütəxəssisləri, Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, eləcə də Bakı Dövlət Universitetinin Zoologiya və Fiziologiya kafedrasının II kurs magistrantları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Zoologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dos. Ələddin Eyvazov çıxış etmək üçün sözü institutun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qaziyə verib.

“Azərbaycanda bal arısının (Apis mellifera L.) kütləvi ölümlərinin səbəbi və onlara qarşı mübarizə yolları” mövzusunda məruzə edən alim çıxışı zamanı bal arısı və arı ailəsinin tərkibi, inkişafı, iş bölgüsü, arılarda ölüm halları yaradan amillər, bal arısının zərərvericiləri, xəstəlikləri haqqında, xüsusilə də son illərdə Azərbaycanda kütləvi arı ölümlərinə səbəb olan xəstəliklər barəsində və eləcə də bu xəstəliklərə qarşı mübarizə yolları haqqında məlumat verib, sualları cavablandırıb.

Sonra institut əməkdaşları mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildirib, geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: