Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2023 09:22
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşları Azərkosmosda olublar

Geologiya və Geofizika İnstitutunun əməkdaşları Azərkosmosda olublar

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən institutun baş mütəxəssisi Tariel Hüseynovun rəhbərliyi və Təhsil şöbəsinin müdiri, y.e.ü.f.d. Səadət Ələkbərovanın iştirakı ilə bu elm ocağının gənc əməkdaşları Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.

İlkin olaraq Coğrafi İnformasiya Sistemləri (CİS) mərkəzinin direktoru İsmət Baxışov və ƏYPİM-in əməkdaşları ekskursiya iştirakçılarına Mərkəzin yerin məsafədən müşahidəsi xidmətlərinin fəaliyyəti, peyk məlumatlarından istifadə edilməsi haqqında ümumi məlumat veriblər. ƏYPİM-in aparıcı mütəxəssisləri Azərkosmos və Azərkosmosun peykləri, Peyk idarəetməsi, Məsafədən müşahidənin əsasları və Peyk təsvirlərinin tətbiq sahələri haqqında təqdimatlarla çıxış ediblər. Həmçinin ölkə ərazisində Azərkosmos tərəfindən həyata keçirilən ekologiya, fövqəladə hallar, xəritəçəkmə və şəhərsalma və s. layihələr haqqında ətraflı məlumat veriblər. 

Tərəflər arasında bağlanan memaranduma əsaslanaraq İsmət Baxışov GGİ-nun əməkdaşları ilə gələcəkdə aparılacaq təlimlər haqqında danışaraq faydalı qazıntı yataqlarının tapılması məqdsədilə məsafədən müşahidə texnologiyalarını tədbiq edilməklə birgə tədqiqatın həyata keçirilməsi, peyk təsvirləri və sürüşmələr, geologiya və geofizika sahəsində tətbiq imkanlarının genişləndirilməsinin təlim layihələrindən söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: