Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2023 14:56
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı ilə seminar keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı ilə seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı ilə ilk birgə seminar keçirilib.

Seminarda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın müxbir üzvləri Kamil Aydazadə, Qeylani Pənahov, texnika elmləri üzrə fəlsəfə doktoru Zakir Zabidov, professorlar Elxan Abbasov, Fərman Məmmədov, qonaqlar tərəfdən Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun direktor müavini, baş mühəndis Əflatun Məmmədov, elmi katib Rasim Niftullayev, şöbə müdirləri Sevinc Məmmədova və Zülfiyyə Babayeva çıxış edərək iki müəssisə arasında imzalanmış Memorandumun həyata keçirilməsi istiqamətində Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının görəcəyi işlərdən danışıb müəyyən, qarşıda duran məsələlər haqqında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: