Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2023 09:40
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Mülki Müdafiə Qüvvələri ilə “Xəbərdarlıq toplanış məşqi” keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda Mülki Müdafiə Qüvvələri ilə “Xəbərdarlıq toplanış məşqi” keçirilib

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Mülki Müdafiə Qüvvələri ilə “Xəbərdarlıq toplanış məşqi” keçirilib.

Məşqdə institutun icraçı direktoru, texnika elmləri doktoru, dosent Nizami Mürsəlov, institutunun baş mühəndisi, texnika elmləri doktoru Elmar Abdullayev, Mülki Müdafiə Qərərgah rəisi Murad Şahmuradov, manqa komandirləri və manqalara daxil olan Mülki Müdafiə Qüvvələri ilə birgə institutun digər əməkdaşları da iştirak ediblər.

Məşqin məqsədi Mülki Müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsiplərini, obyektdə yanğından mühafizə işlərinin təşkilini yerinə yetirməkdir.

Məşq iştirakçıları tədbirləri yerinə yetirməkdə fəallıq göstərərək müəyyən biliklərə və əməli vərdişlərə nail olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: