Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2023 09:36
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda “Qadın gülərsə” adlı tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda “Qadın gülərsə” adlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə “Qadın gülərsə” adlı tədbir keçirilib.

İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan qadınının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan danışıb, tariximizdə önəmli xidmətləri olan qadın simalar haqqında tədbir iştirakçılarına məlumat verib.

“8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə institutun qadın əməkdaşlarını təbrik edən İ.Mustafayev onların elmi-ictimai fəaliyyətinə də toxunub, həmçinin onları beynəlxalq əməkdaşlıq əlaqələrində yaxından iştirak etməyə və Azərbaycan elminin təbliğində daha aktiv olmağa çağırıb.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Azərbaycanda gənclər siyasəti və Ümummilli Lider Heydər Əliyevin ölkə qadınlarına verdiyi dəyərdən bəhs edib. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində gənclərin rolundan danışan R.Mehdiyeva Vətənə sevginin dönməz olduğunu, milli ideoloji xüsusiyyətlərə bağlılığın və xalqa sadiqliyin önəmli olduğunu bildirib.

Tədbirdə daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Quliyeva və böyük laborant Kimyaxanım Baxışova qadın əməkdaşları bu gün münasibətilə təbrik ediblər, elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: