Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

07.03.2023 09:56
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Xorvatiya səfiri ilə görüşüb

Akademik İsa Həbibbəyli Xorvatiya səfiri ilə görüşüb

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiclə görüşüb.

Akademiyanın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli AMEA-nın tarixi və elmi-tədqiqat istiqamətləri barədə məlumat verib. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran AMEA rəhbəri elmi əlaqələrin də genişləndirilməsinin vacibliyinə toxunub. Azərbaycanla Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli elm sahəsində münasibətlərin hər iki ölkənin elmi qurumlarına faydalı olacağına əminliyini ifadə edib.

Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebic iki ölkə arasındakı iqtisadi və mədəni əməkdaşlığın yüksək xətlə inkişaf etdiyini vurğulayaraq elm sahəsində də əlaqələrin inkişafında maraqlı olduqlarına bildirib. Ölkələrimizin elmi qurumları arasında əlaqələrin genişləndirilməsinin təmsil etdiyi ölkənin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb.

Tərəflər cari ildə Azərbaycan və Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: