Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2023 14:33
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YTP-nin baş direktoru Vasif Abbasov müəssisənin bütün qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb.

Vasif Abbasov bugünkü gündə Azərbaycan qadınlarının elmi-mədəni həyatda, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, cəmiyyətin mənəvi dayağı olduqlarını, bir çox sahələrdə böyük uğurlar əldə etdiklərini diqqətə çatdırıb.

Daha sonra Elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı qadınların elm və təhsil sahəsində qazandıqları nailiyyətlərdən bəhs edib. O, qadınları bu əlamətdar gün münasibətilə təbrik edib.

YTP-nin baş mühəndisi Rahim Heydərov və YTP-nin rezidenti “Təcrübə-Sənaye Zavodu” MMC-nin icraçı direktoru Səxavət Rüstəmov da təbriklərə qoşularaq müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların misilsiz xidmətləri olduğunu vurğulayıblar. Qeyd olunub ki, onlar respublikamızda quruculuq işlərində yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı kimi vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər.

Sonda Beynəlxalq Qadınlar Günü münasibətilə texnoparkın və onun rezidentlərinin qadın kollektivinə gül buketləri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: