Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2023 14:40
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) akt zalında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq müəssisədə işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Akademik qeyd edib ki, cəmiyyətdə və ailədə qadınların rolu çox böyükdür. O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb.

Sonra institutun Qadınlar Şurasının sədri, texnika elmləri doktoru, professor Leylufər Əliyeva NKPİ-nin qadın əməkdaşları adından akademik Vaqif Abbasova institutda 8 Mart - Beynəlxalq Qadınlar Gününün xüsusi qeyd olunması və onlara bayram təbriki münasibətilə təşəkkür edib.

Daha sonra professor Elmira Süleymanova elmdə seçilmiş qadın alimlərdən söz açaraq, onların cəmiyyətə verdiyi töhfələri diqqətə çatdırıb.

Sonda tədbirdə NKPİ-də uzun müddət çalışan və gənc  xanım əməkdaşlara Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: