Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.03.2023 09:30
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Lənkəran Regional Elmi Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri LREM-in direktoru, professor Fərman Quliyev açaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın iştirakçıları təbrik edib.

Fərman Quliyev Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi olduğunu, cəmiyyətin həyatında xüsusi rol oynadığını bildirib.

Tədbirdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini dosent Sevinc Hüseynova, şöbə müdiri Sərraf Talıbov, aparıcı elmi işçi Mayis Cəfərov, əməkdaşlardan Hasil Əskərov, Namiq Qasımov və digər çıxışçılar qadınları bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər.

Sonda bütün qadınlara gül dəstəsi və qiymətli hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: