Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açıb. O, bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini deyib, onların ictimai-siyasi həyatda fəal iştirakı və elmi həyatında misilsiz nailiyyətlərindən danışaraq institutun qadın kollektivini təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb.
Daha sonra institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və işlərində müvəffəqiyyətlər arzu edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.