Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” mövzusunda respublika konfransı keçiriləcək
13.03.2023 16:58
  • A-
  • A
  • A+

“Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” mövzusunda respublika konfransı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2023-cü ilin may ayında “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” adlı respublika konfransı təşkil edəcək.

Tədbir aşağıdakı bölmələr üzrə baş tutacaq:

- Azərbaycan teatr tarixi muzey arxivlərində;

- Tarixi şəxsiyyətlər dram əsərlərində və teatr səhnəsində;

- Teatr tarixi: teatr tənqidi və ədəbi tənqid;

- Folklor teatrı: mərasim və meydan tamaşaları;

- Dramaturgiya və teatrın Azərbaycan dilinin inkişafında rolu;

- Əsərlərin fəlsəfi ideyasının açılışında teatrın rolu.

Məruzə tezislərinin tərtib olunma qaydaları:

- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,5 intervalda, A4 formatda (210x297 mm) yığılır;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan aşağıda isə elmi dərəcəsi, iş yeri və elektron ünvanı (hamısı kiçik hərflə) göstərilməlidir;

- Mətnin sağ tərəfində 1 sm, sol tərəfində 3 sm, aşağı hissəsində 2 sm, yuxarı hissəsində isə 2 sm boşluq olmalıdır;

- Tezis Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;

- Tezis ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;

- Tezis rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur;

- Xülasələr daxil olmaqla tezisin həcmi 3 səhifəyə qədər olmalıdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 30 aprel 2023-cü ildir.

Konfransın materialları PDF şəklində konfransdan sonra muzeyin saytında yerləşdiriləcək.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 492 38 27

E-mail: gencalim.nizamimuseum@gmail.com 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: