Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.03.2023 17:40
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı “Viki Gap” layihəsində iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı “Viki Gap” layihəsində iştirak edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Vikipediya qrupunun rəhbəri Aida Aslanova İsveçin Bakıdakı səfirliyi, ADA Universiteti və Azərbaycan Wikimediya Könüllüləri İB ilə birlikdə Vikipediyada gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində  birgə həyata keçirilən tədbirdə təlimçi qismində iştirak edib.

“Viki Gap” layihəsi çərçivəsində  baş tutan tədbirin məqsədi Vikipediyada təmsil olunan qadınların sayını artırmaq və interneti daha gender bərabərli şəbəkəyə çevirmək olub. İnstitut əməkdaşının keçdiyi təlim nəticəsində tələbələr Vikipediyanın mürəkkəb və əsas alətlərindən istifadə edərək məqalələrin yaradılması, fotoşəkillərin Vikianbara (Wikimedia Commons) yüklənməsi, eləcə də informasiyanın düzgün və kütləvi şəkildə Vikiverilənlər  (Wikidata) məlumat bazasına daxil edilməsini öyrəniblər.

Sonda Aida Aslanovaya İsveçin Azərbaycandakı səfiri tərəfindən sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: