Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2023 15:40
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda “İndoneziya dili öyrənən Azərbaycanlı tələbələrin nitqində interferensiya” mövzusunda seminar keçirilib

Dilçilik İnstitutunda “İndoneziya dili öyrənən Azərbaycanlı tələbələrin nitqində interferensiya” mövzusunda seminar keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə filologiya üzrə fəlsəfə doktoru Nəbiyyə Zərbəlinin “İndoneziya dili öyrənən Azərbaycanlı tələbələrin nitqində interferensiya” mövzusunda məruzəsi dinlənilib.

Nəbiyyə Zərbəli çoxlu sayda tayfaların məskunlaşdığı İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin də öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Bildirib ki, 270 milyon əhalisi olan İndoneziyada 700-ə yaxın dil mövcuddur. Bu dildə cümlə strukturu Azərbaycan dilindən fərqli olaraq “Mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” sırasındadır. 

Fonetik intereferensiyadan danışan məruzəçi vurğulayıb ki, söz tərkibində “e-ə “saitləri yerini “ı” saitinə verir: mereka-mırıka.

İclasda Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli İndoneziya-Azərbaycan münasibətlərindən bəhs edərək bildirib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib.

Sonda məruzə ətrafında geniş müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: