Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi şərəfinə Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun gəncləri arasında şahmat turniri keçirilib.
Tədbirdə institutun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək gəncləri salamlayıb, onlara idman uğurları arzulayıb, şərəfli yubiley tədbirinin əhəmiyyətini və onun nümunəvi gəncliyə xas xüsusiyyət kimi qiymətləndirib. Akademik vurğulayıb ki, Novruz bayramı ərəfəsinə təsadüf edən bu idman tədbiri gənc nəslin tarixi keçmişə, milli adət-ənənələrə, eləcə də müdrik insanlarımıza ehtiramın, qədirbilənliyin nümunəsi sayılmalıdır.
Sonra turnir iştirakçıları arasında püşkatma keçirilib. Eyni vaxtda oğlan və qızlardan ibarət iki qrup şahmat bacarıqlarını nümayiş etdiriblər.
İnstitutun 13 əməkdaşının üçgünlük idman mübarizəsində həm qızlar, həm də oğlanlar arasında I, II və III yerləri bölüşmüş gənclər müəyyənləşib və onlara müvafiq diplom, pul mükafatları və sertifikatlar təqdim edilib.
Akademik Akif Əlizadə qalibləri təbrik edərək qarşıda daha irimiqyaslı idam yarışlarında onları fəal iştiraka səsləyib.
Tədbirin sonunda turnir iştirakçılarından Əminə Şirinova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.