Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2023 14:58
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev institut əməkdaşlarını xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən qədim tarixə malik Novruz bayramı münasibətilə təbrik edib.

 

Sonra çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, a.e.d. Məmməd Məmmədov birliyin, bərabərliyin rəmzi olan Novruz bayramı münasibətilə əməkdaşları təbrik edərək Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb.

 

Həmçinin institutun Gənc Alim və Mütəxxəsislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək Novruz təbriklərini əməkdaşlara çatdırıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: