Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2023 15:21
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları seminarda çıxış ediblər

Neft və Qaz İnstitutunun əməkdaşları seminarda çıxış ediblər

Martın 17-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı və JICA Gürcüstan ofisinin dəstəyi ilə “Yaşıl hidrogen - dekarbonizasiya yolunda imkanlar” mövzusunda seminar keçirilib.

Seminarın məqsədi Azərbaycanda yaşıl enerji layihələrinin inkişafına töhfə verəcək dövlət qurumlarını, tədqiqatçıları, investorları və digər maraqlı tərəfləri bir araya gətirmək olub.

Seminarda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və baş mütəxəssisi  Məhərrəm Mehtiyev “Neft və Qaz İnstitutunun dekarbonizasiya layihələri” mövzusunda çıxış ediblər. Mövzu Azərbaycanda elektrik stansiyalarından atmosferə atılan istixana qazlarının miqdarını, CO2-nin yığılması, nəqli və yeraltı laylarda saxlanmasını və CO2-nin yığılması və metanol istehsalında metan qazı əvəzinə xammal kimi istifadəsini əhatə edib.

Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: