Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2023 12:00
  • A-
  • A
  • A+

“Əlyazma abidələrinin bərpası: müasir elmi texniki tərəqqi” mövzusunda elmi sessiya keçirilib

“Əlyazma abidələrinin bərpası: müasir elmi texniki tərəqqi” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elm gününə həsr olunmuş “Əlyazma abidələrinin bərpası: müasir elmi texniki tərəqqi” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Bakı Avrasiya Universitetinin bir qrup tələbə və müəllim heyəti, o cümlədən Əlyazmalar İnstitutunun əməkdaşları iştirak ediblər.

Elmi sessiyanı giriş nitqi ilə Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov açaraq öncə tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və məruzə üçün sözü institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucova verib.

Zaur Orucov çıxışında institutda qorunub saxlanılan əlyazmaların bərpası prosesində elmin nailiyyətlərindən istifadə etməklə onların texniki səviyyəsinin yüksəldilməsi, onların aşkar olunduğu qədim memarlıq abidələri, bu əlyazma abidələri üzərində həkk olunan işarələrin məna cəhətdən mühüm əhəmiyyətindən bəhs edib, bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Elmi sessiyanın sonunda tələbələrə Əlyazmalar İnstitutunun nəşrləri hədiyyə olunub, xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: