Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2023 11:54
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda Elm günü qeyd olunub

Geologiya və Geofizika İnstitutunda Elm günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək Elm gününün təsis tarixi haqqında söz açıb, Akademiyanın tarixindən danışıb.

Akademik Akif Əlizadə sonra il ərzində elmi işlərində yüksək nəticələr qazanmış akademik Əkpər Feyzullayevi, yer elmləri üzrə elmlər doktoru Qulam Babayevi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovu, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Yeganə Lətifovanı, coğrafiya elmləri doktoru Vaqif Məmmədovu, texnika elmləri doktoru Vaqif İbrahimovu, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Solmaz Vəlizadəni, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərovu və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevi Təşəkkürnamə ilə təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: