Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2023 10:22
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

Qafqazşünaslıq İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. O, xalqımızın tarixində ən ağır və dəhşətli soyqırımlarından olan mart soyqırımının törədilməsinin səbəbləri və məqsədlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin tarixi Fərmanından sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.

Sonra institutun icraçı direktoru, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə və institutun Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxış edərək 1918-ci ilin mart ayında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsi, mədəniyyət və tarixi abidələrin məhv edilməsindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: