Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal polimer katalizatorları laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva Peers Alley Media tərəfindən təşkil olunmuş və onlayn formatda keçirilən Profilaktik tibb və ictimai sağlamlığın gələcəyi üzrə 3-cü beynəlxalq konfransda iştirak edib.
Kimyaçı alim tədbirdə “Bir sıra ağır metal ionlarının selektiv sorbsiyası üçün xitozan əsaslı polimer enterosorbentlərin alınma üsulunun hazırlanması (Development of the preparation method of chitosan-based polymer enterosorbents for selective sorption of a number of heavy metal ions)” mövzusunda məruzə edib.
S.Fətullayeva institutda apardığı tədqiqat işi barədə, o cümlədən, sintez olunan xitozan əsaslı enterosorbentlər haqqında geniş məlumat verib. Alim auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab verib və apardığı tədqiqat işinin nəticələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.