Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib
31.03.2023 16:44
  • A-
  • A
  • A+

“Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib

Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Sübhan Talıblı və Həsən Səfəri, kiçik elmi işçisi Aytən Rəhimli, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə YAP partiya təşkilatının sədr müavini Fərid Mustafayev, ADMİU-nun tələbələri və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yasamal Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş nitqi ilə açaraq qonaqları salamlayıb. O, “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edib. Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında imzaladığı Fərmanın ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olmuşdur.

Tədbir zamanı dosent Sübhan Talıblı “1918-ci ildə Lənkəran, Salyan və Neftçalada azərbaycanlıların soyqırımı”, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar”, dosent Vasif Qafarov “Bakı quberniyasında soyqırım”, Fərid Mustafayev “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının siyasi əhəmiyyəti”, Aytən Rəhimli “Erməni zehniyyətinin dəyişməyən xislətləri - yalan, qətl, vandallıq” mövzularında çıxış ediblər.

Sonda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: