AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani 27-30 mart 2023-cü il tarixlərində beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olub.
Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biri olan Qazi Universitetinin Təhsil fakültəsinin dekanı, professor Mahmut Selvi və Coğrafiya Təhsili Departamentinin professoru Salih Şahin ilə görüşən icraçı direktor bu iki müəssisə arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi sahəsində həmkarları ilə fikir mübadiləsi aparıb və özü ilə apardığı “Türk dünyasının coğrafiyası” kitabını fakültə rəhbərinə hədiyyə edib.
Professor Salih Şahin öz növbəsində Coğrafiya İnstitutunun kitabxanasına bağışladığı “Coğrafi təhsilin təməl oxları”, “Əhali həqiqətləri”, “Türkiyənin əhali və iqtisadi coğrafiyası” kitablarını Z.İmraniyə təqdim edib.
Görüş əsnasında Coğrafiya İnstitutu ilə Qazi Universitetinin Təhsil fakültəsi arasında memorandum imzalanması üçün şərtlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.