Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda respublika elmi konfransı keçiriləcək
04.04.2023 11:30
  • A-
  • A
  • A+

“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda respublika elmi konfransı keçiriləcək

4-5 may 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

- Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisidir;

- Ulu Öndərin elm, təhsil və mədəniyyətə qayğısı;

- Milli-mənəvi dəyərlərin və tarixi irsin qorunmasında Heydər Əliyevin xidmətləri;

- Heydər Əliyev Qafqazda davamlı sülhün və multikulturalizm siyasətinin qurucusudur.

Tezislərin tərtibatına dair tələblər:

Konfransın rəsmi dili: Azərbaycan, rus və ingilis.

- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 2-5 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm. Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.

- Məruzənin başlığı və müəlliflərin adı böyük hərflərlə 12 şrift ölçüdə qalın, elm (təhsil) müəssisənin adı adi hərflərlə 12 şrift ölçüdə kursiv,

- Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir.

- İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir.

- Məruzələr elektron variantda təqdim olunmalıdır.

- Konfransda iştirak etmək istəyənlər məruzələrini müşayiət məktubu ilə birlikdə AMEA-nın Gəncə Bölməsinin e-mail: aynurenagiyeva24@gmail.com ünvanına göndərilməlidirlər.

- Tezislərin son göndərilmə tarixi: 17 aprel 2023-cü il

Ünvan: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA-nın Gəncə Bölməsi

Telefon: (+99455)  795-44-85        

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: